Accessibility links

ABŞ müdafiə naziri Türkiyə prezidenti ilə görüşüb


ABŞ müdafiə naziri Cim Mattis Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bundan öncə Mattis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüş keçirib.

Cim Mattis Türkiyəyə İraqda İŞİD-ə qarşı əməliyyatların gedişi ilə tanış olmaq məqsədil Bağdada bir günlük səfərdən sonra gəlib.

Türkiyə prezidentinin Mattisə ABŞ-ın kürd militant qrup olan YPG-yə dəstəyilə əlaqədar narazılığını çatdırdığı haqda məlumat verilir.

Türkiyə ABŞ-ın Suriyanın şimalında İŞİD cihadçılarına qarşı mübarizə aparan Suriya kürdlərinə dəstəyindən narazıdır. Ankara YPG-ni Türkiyənin daxilində kürd separatçılarının təşkilatı olan PKK ilə əlaqəsi olan qrup hesab edir. Türkiyə ABŞ-ın YPG-yə silah göndərməsini dəstəkləmədiyini aydın şəkildə bəyan.

Pentaqon Suriya kürdlərinin qrupunu may ayında silahlandırmağa başlayıb. ABŞ YPG-yə silahlar və hərbi maşınlar göndərib. Vaşinqton YPG-nin İŞİD-ə qarşı əməliyyatlarına yüksək qiymət verir.

Türkiyə bildirib ki, kürdlərin İŞİD-dən azad edilən ərazilərdə öz dövlətini qurmaq səylərinin qarşısını almaq üçün əlindən gələni edəcək. Ərdoğan Türkiyə silahlı qüvvələrinin kürdlərin Afrin şəhərindən çıxarılması üçün sərhədin Suriya hissəsində əməliyyatlara başlamasını nəzərdən keçirir.

Hurriyet qəzetinin yazdığına görə, Ərdoğan bildirib ki, “nəyin bahasına olursa-olsun biz bu müdaxiləni edəcəyik”.

XS
SM
MD
LG