Accessibility links

ABŞ müdafiə naziri İordaniya, Türkiyə və Ukraynaya səfər edəcək


Pentaqon rəsmiləri bildirirlər ki, Mattisin səfərinin məqsədi ABŞ-ın bu ölkələrin hər biri qarşısındakı öhdəliklərinə sadiqliyini təsdiq etməkdir.

ABŞ müdafiə naziri Cim Mattis növbəti həftə İordaniya, Türkiyə və Ukraynaya səfər edərək, hər üç xalqın liderləri ilə görüşlər keçirəcək.

Pentaqon rəsmiləri bildirirlər ki, Mattisin səfərinin məqsədi ABŞ-ın bu ölkələrin hər biri qarşısındakı öhdəliklərinə sadiqliyini təsdiq etməkdir.

Mattisin səfəri İordaniya lideri Kral Abdulla və ölkənin yüksək rütbəli müdafiə rəsmiləri ilə görüşlərlə başlayacaq. İordaniya İŞİD terror qrupuna qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada əhəmiyyətli tərəfdaşdır.

İordaniya səfərini tamamlayandan sonra ABŞ müdafiə naziri Türkiyəyə gedərək, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, ölkə rəsmiləri ilə görüşlər keçirəcək.

Pentaqon rəsmilərinin bəyanatında bildirilir ki, Mattis ABŞ-ın və NATO-nun strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin mühümlüyün vurğulayacaq, regionda sabitliyin təmin edilməsi, PKK-ya qarşı mübarizə də daxil olmaqla, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarına səbəb olan məsələlərdə əməkdaşlıq imkanlarını müəyyən etməyə çalışacaq.

Kiyevdə olduğu müddətdə ABŞ müdafiə naziri Ukraynanın müdafiə naziri Stepan Poltorak və prezident Petro Poroşenko ilə görüşəcəyi gözlənilir.

Mattisin Ukrayna rəsmiləri ilə görüşü Tramp administrasiyanın Ukraynaya Rusiya tərəfindən dəstəklənən separatistlərə qarşı mübarizədə istifadə ediləcək müdafiə silahlarının verilməsini nəzərdən keçirdiyi bir zamanda baş verir.

“Bu görüşlər zamanı ABŞ müdafiə naziri ukraynalı tərəfdaşlarımızı əmin edəcək ki, ABŞ Ukraynanın suverenliyinin və ərazi bütüvlüyünün bərpasında öhdəliyinə sadiqdir.” Bu sözlər Pentaqonun yaydığı bəyanatda deyilir.

İordaniya və Ukraynaya səfərlər Mattis üçün müdafiə naziri həmin ölkələrə ilk səfəridir.

XS
SM
MD
LG