Accessibility links

17 May Beynəlxalq homofobiya, transfobiya və bifobiyaya qarşı mübarizə günüdür


Mayın 17-də Beynəlxalq homofobiya, transfobiya və bifobiyaya qarşı mübarizə günü qeyd edilir.

İlk dəfə 2004-cü ildə qeyd edilən bu gün “diqqətin lesbiyan, gey, biseksual, transgender, interseks və digər seksual oriyentasiya, gender, identitet və ya ifadə və cinsi xüsusiyyətləri olan insanların qarşılaşdığı zorakılıq və ayrı-seçkiliyə yönəltməsindən ibarətdir”, May17.org veb saytında bildirilir.

BMT-nin baş katibi 17 May günündə açıqladığı bəyanatında bu il bu günün “böyük sınaqlar dövrünə” təsadüf etdiyini bildirib.

“COVID 19 pandemiyasının ciddi nəticələrindən biri LGTB icmasının həssaslığının artmasıdır. Bundan öncə də sadəcə kim olduqları, ya da kimi sevdiklərinə görə qərəz, hücumlar və qətllərin qurbanı olmuş LGBTI icmasının bir çox üzvləri indi virusa görə artan stiqmatizasiya və səhiyyə xidmətləri aldıqları zaman yeni maneələrlə qarşılaşır”, Antonio Quterreş bildirib.

BMT baş katibi insanları “diskriminasiyaya qarşı və bütün insanların azad və ləyaqət və hüquqlarda bərabər yaşamaq hüquqları naminə bir olmağa çağırıb.

Bu gün dünya boyu planlaşdırılmış tədbirlərin çoxu koronavirus pandemiyasına görə onlayn keçirilir.

Myın 17-si bütün dünyada seksual və gender müxtəlifliyinin qeyd edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının 1990-cı ildə homoseksuallağın psixi pozuntu hesab edilməsinə son qoyulması haqda qərarının qəbul edildiyi günün xatırladılması məqsədilə seçilib.

XS
SM
MD
LG