Accessibility links

Mayalılara aid yeni saray tapılıb


Meksikanın cənub-şərqində Mayalılara aid saray tapılıb.

Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı kəşf ediblər.

Aşkar olunmuş sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.

İnşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.

Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.

Kuluba daimi tədqiq edilən və axtarışların aparıldığı arxeoloji ərazidir.

Güdrətli Maya imperiyasının ən düclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.

Şərhlərə bax

XS
SM
MD
LG