Accessibility links

Mayk Pens Yaxın Şərqdə səfərinin ilk dayanacağı Qahirədədir


ABŞ vitse-prezidenti Mayk Pens və xanımı Karen şənbə dörd günlük Yaxın Şərq səfərinə başlayıb. Onların ilk dayanacağı Misir olub, daha sonra isə onlar İordaniya və İsraili də ziyarət edəcəklər.

Bundan öncə isə şənbə günü Air Force Two yanacaq doldurmaq üçün İrlandiyanın Şannon Hava Limanına enib.

Orada Pens hava limanında ABŞ qoşunları ilə görüşüb.

“Biz Vaşinqtonda bunu həll edəcəyik,” deyə Pens ordu üzvlərinə hökümətin bağlanmasına istinadən söyləyib. “Siz diqqəti missiyanıza yönəldin,” o deyib.

Qahirə

Qahirədə Pens Misir prezidenti Abdel Fəttah Əl-Sisi və digər rəsmilərlə görüşəcək. Daha sonra Ammana səfər edəcək. Orada o, kral II Abdulla və kraliça Raniyə ilə görüşəcək. Bazar gündüz saatlarında isə İsrailə yola düşəcək.

Pens ABŞprezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağına dair qərarını açıqlayandan bəri Yaxın Şərqə səfər edən ilk yüksək səviyyəli administrasiya rəsmisidir. Trampın bu qərarı bir çox dünya liderinin qınaqlarına səbəb olub.

Qüds

Tramp ABŞ-ın səfirliyini Qüdsdən Tel Əvivə köçürəcəyini elan edib.

Bu açıqlamadan sonra Trampın qərarının əleyhinə Day of Rage (Qəzəb Günü) adlı nümayişlər keçirilib.

Pens yevangelist xristiandır. Vitse-prezindentin regiona səfərinin İsraili doğma hesab edən yevangelistlərin xoşuna gələcək.

Pensin fələstinli liderlərlə görüşəcəyi gözlənmir.

Onun regiona ilk əvvəl dekabrda səfər edəcəyi planlaşdırılmışdı, lakin Trampın Qüds qərarından sonra qərarını dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG