Accessibility links

Maykl Blumberq bu ayın sonunadək prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə dair qərar verəcək


Maykl Blumberq
Maykl Blumberq

Nyu York şəhərinin sabiq meri Maykl Blumberq söyləyir ki, o, bu ayın sonunadək prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə dair qərar verəcək.

Dünyanın ən zəngin insanlarından biri sayılan 76 yaşlı biznesmen, ötən ildən bəri açıq şəkildə Demokrat partiyasından namizədliyini irəli sürməyi nəzərdən keçirir. Cümə günü Associated Press-ə verdiyi müsahibədə Blumberq deyib ki, onun qərarını açıqlamasına “hələ üç həftə” var.

O həmçinin sabiq vitse-prezident Co Bayden prezietlik yarışına qatılsa, namizdəliyini irəli sürməyəcəyin dair xəbərləri rədd edib.

Blumberqin qərarı bir neçə yüksək profilli demokratın namizədliklərini irəli sürməyi nəzərdən keçirdikləri vaxta təsadüf edir. Onlar arasında ən tanınmışları Bayden və və sabiq texaslı konqresmen Beto O-Rurkedir.

XS
SM
MD
LG