Accessibility links

Ağ Ev özünü keşmiş milli təhlükəsizlik müşavirindən uzaqlaşdırır


Ağ Ev özünü ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flindən uzaqlaşdırır. Flin cümə günü federal müstəntiqlərə ABŞ-ın Rusiyadakı səfirini ilə əlaqəsinə dair yalan söylədiyini etiraf edib.

Ağ Evin vəkili Ti Kobb deyib ki, Flin Tramp adminsitrasiyasında sadəcə 25 gün işləyən “keçmiş Obama administrasiyası rəsmisidir” və onun ifadəsinin “özündən başqa heç kim ilə əlaqəsi” yoxdur.

Konqresdəki respublikaçılar Flinin ifadəsinə heç bir reaksiya verməsə də, onların demokrat həmkarları bir sıra çıxışlar edib.

Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaq aparan Senatın Kəşfiyyat Komitəsinin vitse-sədri Virciniyanın demokrat senatoru Mark Uorner Trampın istintaqlara təsir göstərmək cəhlərinin qəbuledilməz olacağını deyib.

Rusiyanın seçkidəki rolü ilə bağlı bir başqa istintaq aparan Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin yüksək səviyyəli demokrat üzvü konqresmen Adam Şiff Flinin etirafının Tramp administrasiyası və müttəfiqlərini Konqresdə aparılan istintaqları məhdudlaşdırmağa və ya xüsusi müstəntiq Rober Müllerin istintaqına son qoymağa təşviq edə biləcəyini təxmin edir. Şif deyib ki, Konqres istintaqların davam edəcəyinə “aydınlıq gətirməlidir.”

Nyu Yorkun demokrat nümayəndəsi Cerrold Nadler deyib ki, Flinin gühankar olduğunu etiraf etməsi Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Trampın ədaləti əngəllədiyi təhqiq etmək üçün kifayət qədər dəlilin olduğunu göstərir.

“Prezidentin ədaləti ənəgllədiyinə dair istintaq başlatmaq üçün kifayət qədər dəlil var və Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin bu məsələ ilə məşğul olmaq vaxtı çatıb. Mən sədr Bob Qudlatteni gecikdirmədən bu məsələni araşdırmağa çağırıram,” deyə Nadler bildirib.

O həmçinin əlavə edib ki, “bu, prezident Trampın FBI direktoru Ceyms Komidən Flin istintaqına son qoyulmasını istədiyinə dair şübhələri artır.”

Tramp Komini o, agentliyin Rusiyanın 2016-ci ildə keçirilən seçkisinə müdaxiləsini və Trampın kampaniyasının Moskva ilə əlaqələrini araşdıran istintaqa başçılıq etdiyi dövrdə işdən çıxardı. Kominin işdən çıxarılması ilə istintaqa başçılıq etmək üçün xüsusi prokukor Müller təyin olundu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG