Accessibility links

ABŞ-ın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisinin federal qanunu pozduğu ehtimal edilir


İki tanınmış ABŞ qanunvericisi bildirib ki, prezident Donald Trampın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisinin ictimai fəaliyyətlərinə görə xarici hökumətlərdən əldə etdiyi gəlirləri düzgün açıqlamaması ilə federal qanunu pozduğu ehtimal edilir.

Nümayəndələr palatasının Nəzarət Komitəsinin sədri, respublikaçı Ceyson Çaffetz və komitənin demokrat üzvü, Elayje Komminqs deyib ki, general Maykl Flinn 2015-ci ildə Rusiyanın maliyələşdirdiyi televiziya studiyası RT-nin sponsorluq etdiyi mərasimdə ödənişli çıxış etməzdən əvvəl müvafiq orqanlardan icazə almalı idi. Flinn bu mərasimdə Rusiya prezidenti Vladimir Putinlə eyni masa arxasında oturub.

Flinn bu mərasimdə iştirak məqsədi ilə 45 min dollar həmçinin, Türkiyə hökuməti üçün lobbiçilik etməsi məqsədi ilə 500 min dollar pul alıb.

“Sabiq zabit olduğuna görə sadəcə olaraq Rusiya, Türkiyə və ya digər ölkədən pul ala bilmərsən. Və görünür o bunu edib. Bu yanlış addımdır və qanun pozutusuna görə cavab verilməlidir” deyə Ceyson Çaffetz bildirib.

Ağ Ev komitənin Flinnin xarici ölkələrlə əlaqələrinə dair sənədlər üçün müraciətini təkzib etdikdən sonra Çaffetz və Komminqs Flinnə qarşı iddialara düzəliş edib.

Mətbuat katibi Şan Spayser Ağ Evin müraciəti təkzib etməsinə dair narahatlığın əhəmiyyətsiz olduğunu deyib və komitənin lazım olan bütün sənədləri digər agentliklərdən əldə etdiyini bildirib.

Trampın inaqurasiyasından əvvəl, keçid dövründə Rusiyanın ABŞ-a səfiri Sergey Kislyakla söhbəti barədə Vitse prezident Mayk Pensə yalan danışdıqdan sonra Flinn Ağ Evdən uzaqlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG