Accessibility links

Maykl qasırğası Florida sahillərini viran qoyub


Maykl qasırğası Florida sahillərini viran qoyub
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Maykl qasırğasının dağıntılara məruz qoyduğu Florida ştatında sakinlər evlərinə qayıdaraq, təmizlik işlərinə və dəyən zərəri dəyərləndirməyə başlayıb. Çərşənbə günü Maykl sahili saatda 250 km sürətlə və güclü yağışlarla, 4-cü kateqoriya ilə vurub. Alamaba, Corciya, Cənubi və Şimali Karolina ştatlarını da qasırğanın təsirinə məruz qalıb. Corciya ştatında 11 yaşlı qız uşağı da daxil olmaqla, 6 nəfər ölüb.

Florida ştatının Panama şəhəri sakinləri sığınacaqlardan çıxıb dağılan evləri və ticarət mərkəzlərini, qırılıb yerə yıxılan ağacları və yol işıqlarını, yollara tökülmüş ev əşyalarını gördülər. Panama sakini Suzan Veyfora: “Elə bil buraya bomba düşüb. Hamının evi eyni vəziyyətdədir. Yəni bizim getməyə yerimiz yoxdur.”

Tufan Alabama, Corciya, Cənubi və Şimali Karolina ştatlarına istiqamət götürməzdən əvvəl Meksika Çimərliyini və digər şəhərləri də xaraba qoyub.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı Florida ştatındakı böyük fəlakətlə bağlı sənəd imzalayıb. “Biz ailə üzvlərini, şəxsi əmlaklarını, evlərini itirən, maddi zərər çəkən, yaşadığı yerdən qaçmalı olan minlərlə insanlayıq və onlara dua edirik.”

Milli Qvardiya və başqa ştatlardan təcili yardım xidmətləri zərər çəkən bölgələrə xilasetmə dəstələri və təchizat göndərib. Xilasetmə-axtarış dəstələri fırtınanın tələyə saldığı insanları tapmaq üçün Florida Panhendl adlanan ərazi boyu axtarışlara başlayıb. Əsas kənd təsərrüfatı bölgələri tamamilə sıradan çıxıb.

Vitse-prezident Mayk Pens qasırğanın vurduğu ziyanı müzakirə etmək üçün kənd təsərrüfatı rəsmiləri ilə görüşüb. “Bizim mesajımız bütün zərər çəkən insanlaradır. Biz sizinləyik. Yalnız indi deyil, kənd təsərrüfatı da daxil edilməklə, bütün icmalardakı işlər tam bərpa olunca, biz sizinlə olacağıq.”

Maykl qasırğası hələ də davam etdiyi üçün rəsmilər sakinləri daşqınlar və evakuasiya ilə bağlı xəbərdarlıqlara ciddi yanaşmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG