Accessibility links

Makqreqor üzərində qələbədən sonra Mayvezer həmişəlik rinqi tərk edəcəyini bildirib


Gözlənildiyi kimi, bir çox məşhur Mayvezer və Makqreqor arasında döyüşü izləmək üçün Las Veqasa gəlib.

Tarixi döyüşü izləmək üçün T-Mobile arenası məşhurlarla dolub.

Pərəstişkarlar arasında Cennifer Lopez və Aleks Rodriqez, Nik Kannon və Svizz Bitz, Olrando Bloom və Kris Hemsvört, Adrian Brodi, Brüs Uills, Qerard Batler, Lebron Ceyms, Maykl Bey, Stiv Harey və Toni Robbins olub. Bundan sonra Osbornes, Ceymi Foks və Çarliz Teron da döyüşü izləməyə gəlib.

Döyüş olduqca maraqlı keçib və pərəstişkarların gözləntilərini doğruldub.

Floyd döyüşün 10-cu raundunda qalib olub və boksçu bu dəfə artıq əminliklə həmişəlik rinqi tərk etdiyini bildirib.

XS
SM
MD
LG