Accessibility links

Məcrasından çıxan Mississippi çayının suları cənub bölgələrə istiqamət alıb


Məcrasından çıxan Mississippi çayının suları cənub bölgələrə istiqamət alıb
Məcrasından çıxan Mississippi çayının suları cənub bölgələrə istiqamət alıb

ABŞ-ın Tennessi ştatında məcrasından çıxan Mississippi çayının suları cənub bölgələrə istiqamət alıb. Qarın əriməsi və şiddətli yaşılar bölgə sakinlərinin evakuasiya edilməsinə məcbur edib. Ştatın ən böyük şəhəri Memfisdə çayın səviyyəsin 14.6 metr yüksəlib. Şəhərə dəyən ziyan 350 milyon dollarla ölçülür. Milli Hava Xidmətinin bildirdiyinə görə, hazırda ştatın su səviyyəsinin 17.5 metrədək qalxacağl təxmin edilən Vickburq şəhəri diqqət mərkəzindədir. Daşqınlar gələn 3 həftə ərzində Luiziana, Ayova, Kentukki və Missuri ştatlarına doğru irəliləyəcək. Luiziana qurbernatoru sellərin axınını azaltmaq məqsədi ilə bəzi sədlərin açılacağını bildirib. 2005-cı ildə Katrina qasırğasına məruz qalan Yeni Orleans şəhərində də sədlərin açılması planlaşdırılır. ABŞ prezidenti Barak Obama bu bölgələri fəlakət zonası adlandıraraq, federal və ştat yardımlarına göstəriş verib.

XS
SM
MD
LG