Accessibility links

Media: Ronaldo Portuqaliyadakı otellərini xəstəxanalara çevirmək istəyir


Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo ölkəsinə yeni növ koronavirusun yayılması ilə mübarizə səylərində kömək etmək istəyir. İspaniyanın Marca qəzetinin yazdığına görə Ronaldo sahib olduğu otellərdən koronavirusa yoluxanlar üçün pulsuz xəstəxanaların yaradılması məqsədilə istifadə edilməsini istəyir. Vurisa yoluxan insanların müalicəsinin pulsuz olacağı bildirilir.

Ronaldo bundan öncə Instagram səhifəsində yazdığı mesajında “başqalarını xilas etmək üçün öz həyatlarına riskə qoyan” səhiyyə işçilərinə minnətdarlığını bildirib.

Martın əvvəlində “Yuventus”da oynayan Ronaldo anasının xəstəliyi səbəbi ilə İtaliyanı tərk edib. Ötən həftə futbolçu “Yuventus”un oyunçusu Daniyele Ruqaninin koronavirusa yoluxduğu aşkar edildikdən sonra Portuqaliyada karantində qalmağı qərara alıb.

İtaliya futbol çempionatı koronavirusun yayılması səbəbi ilə qeyri-müəyyən müddətə dayandırılıb.

Portuqaliyada 41 koronavirusa yoluxma halı qeydə alınıb. İtaliyada isə koronavirusa 21 min insanın yoluxduğu təsdiqlənib. 1400-dən çox insan həyatını itirib.

Şərhlərə bax

XS
SM
MD
LG