Prezidentlik tarixində reytinqi ən aşağı reytinqə malik olan Tramp yevangelist xristianlar qarşısındakı çıxışı zamanı medianı ona və siyasətinə dair yalan xəbərlər yaymaqda günahlandırıb.
“Yalan xəbərlərlə bizi susdurmağa çalışırlar. Lakin onlar buna nail olmayacaqlar. Çünki biz həqiqəti bilirik.”
Mübahisəli Twitter yazılarında sonra prezidentin növbəti tənqidləri MSNBC aparıcıları Co Scarboro və Mika Brzezinski, habelə necə deyərlər sevimli hədəfi olan CNN-nə tuşlayıb. O, Twitter hesabında CNN obrazını yerə yıxıb döydüyünü göstərən video bölüşüb.
CNN isə prezidenti müxbirlərə qarşı zorakılığı təbliğ etməkdə günahlandırıb. Video yarım milyondan çox like alıb və 300 min dəfə tvitt edilib.
Ağ Evdə brifinqlərin sayı xeyli azalıb. Bunu medianın tənqidi xəbər yayması ilə izah edirlər.
Ağ Evin mətbuat katibinin müəvini Sra Sanders: “Düşünürəm ki, diqqət yetirdiyimiz işlərlə müvəffəq olacağıq. Xəbərlərin dürüst və səmimiliyindən əmin olmalıyıq.”
Sandersin şərhi jurnalistlərin narazılığı ilə qarşılanıb.
Jurnalist Brayan Karem: “Biz buraya sual vermək üçün toplaşmışıq. Siz isə bizi cavabla təmin etməlisiniz. Siz bir daha nümayiş etdirisiniz ki, baxın, prezident doğru deyir, bunlar isə yalan xəbərlər yayır.”
Hətta respublikaçıların bəzilər Trampın tvittlərini qınayıb. Təhlilçilər isə prezidentin hücumlarının onu məğlub edəcəyini deyir.
Təhlilçi Mettyu Hindman: “Aydındır ki, prezident ona səs verən çoxsaylı seçicini özündən uzaqlaşdırır. Biz illərdir belə aşağı reytinq gösrməmişdik.”
Tramp və onun sözçüləri, tənqidçilər nə deyir, desin Tvitter hücumlarını davam etdirəcəklərini bildirir.
Ötən həftə Tramp yazıb: “Yalan və fırıldaq mətbuat respublikaçılar və digərlərini sosial mediadan istifadə etməməyə inandırmağa çalışır. Lakin unutmayın, udan biz olacağıq.