Accessibility links

Jurnalist Fikrət Fərəməzoğlu 7 il həbsə məhkum edilib [Video]


Məhkəmənin hökmünə görə, F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmayacaq

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F. Fərəməzoğlu son söz deyib. O, günahsız olduğunu deyərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə Kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, F. Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fərəməzoğlu 30 iyun 2016-cı ildə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Polisin məlumatına görə, o, 3000 manat rüşvət alarkən cinayət üstündə saxlanılıb.

Jurnalist ittihamı təkzib edib və qanunsuz qumarxanalar haqqında nəşrlərinə görə təqib edildiyini bildirib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG