Accessibility links

Jurnalist prokurorluqda dindirilib


Aytac Əhmədova
Aytac Əhmədova

Iyulun 4-də jurnalist Aytac Əhmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saatdan artıq dindirilib.

Əhmədova AzadlıqRadiosu-na bildirib ki, dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan TV" İnternet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub. Onu şahid qismində dindiriblər.

Jurnalist dindirmənin detalları haqda danışmayıb. O, dindirmə ilə bağlı bilgiləri açıaqlamamaq haqda iltizamı imzaladığını bildirib.

Bununla belə Aytac Əhmədova istintaqın uzanmasından narazılığını ifadə edib.

"İki ildir mənasız yerə istintaq uzanır. Hər dəfə çağırıb eyni sualları verirlər. Bu dəfə daha çox Əfqan Muxtarlı ilə bağlı sualları oldu", jurnalist qeyd edib.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və təşkilatın İcra Aparatın sədri Gülağa Aslanlı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin "Meydan TV"nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

XS
SM
MD
LG