Accessibility links

İyulun 6-da İmişli rayon Məhkəməsinin hökmü ilə “Gündən Xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı 5 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalsit məhkəmə zalında həbs edilib. Hakim Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Zülfüqarlı Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə günahlandırılıb. Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

Hazırda İmişlidə olan hüquq müdafiəçisi Oqtay Gülalıyev Amerikanın Səsinə deyib ki, jurnalistin həbsi onun tənqidi yazılıarı ilə bağlıdır.

“Məhkəmədə Məhbub Zülfüqarlının vəkili olmayıb. Hakim hətta jurnalistə son söz deməyə imkan verməyib” , o qeyd edib.

Ailə üzvləri Məhbub Zülfüqarlının birinci vitse-prezident Mehriban Əliyevaya rayonda baş verənlərlə bağlı məktub yazdıqdan sonraməhkəməyə verildiyini bildirib.

“Məhbub Zülfüqarlı birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazıb. Məktubda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi Saleh Səmədov haqqında tənqid yer alıb və Səmədov jurnalisti məhkəməyə verib”, ailə üzvlərindən biri qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib hakimiyyət müstəqil qəzetlərin çapını dayandırmasına, tənqidçi saytlara girişi bloklamasına baxmayaraq mətbuata basqıları hələ də davam etdirir.

“Unutmayaq ki, mətbuat cəmiyyətin aynasıdır. Hakimiyyət öz eyiblərini aradan qaldırmağı aynanı sındırmaqda görür. Təbii ki, bu çıxış yolu deyil. Gəlin cəmiyyətin aynasını- həqiqi, azad mətbuatı və jurnalistləri qoruyaq!” Gülalıyev qeyd edib.

Xatırladaq ki, hazırda Azərbaycanda ondan çox jurnalist və bloger həbsdədir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG