Accessibility links

"Rusiyada mətbuatı “xarici agentlər” adlandırmaq azad mətbuata təhdiddir"


Mediaya təhdid
Mediaya təhdid

ABŞ Dövlət Departamenti Rusiyanın Məhdudlaşdırıcı Media Yönümlü Qanunvericiliyinə dair bəyanatla çıxış edib. Sənəddə deyilir:

Rusiya Ədliyyə Nazirliyi tərəfindən mətbuat orqanlarını “xarici agentlər” kimi adlandırmaq, müəyyən internet fəaliyyətini izləmək və ya bloklamaq üçün imkan verən yeni Rusiya qanunvericiliyi Rusiyada azad mətbuata daha bir təhdiddir. Hökumət üçün narahatlıq doğuran söz və mətbuat daxil olmaqla, ifadə azadlığı Rusiyanın öhdəsinə götürdüyü universal insan hüquqları öhdəliyidir.

Amerika Birləşmiş Ştatları daha əvvəl qeyri-hökumət təşkilatlarının işlərinə effektiv şəkildə maneə törədən reydlər, təcavüzlər və məhkəmə prosesləri üçün istifadə olunan Rusiyanın Xarici Agentlər Qanununun törətdiyi təhlükəni vurğulayıb. Kütləvi informasiya vasitələrini daxil etmək üçün Xarici Agentlər Qanunu genişləndirmək Rusiyada söz azadlığı və redaksiya müstəqilliyini daha da çətinləşdirə biləcək ağır tələblərə qapı açır.

Birləşmiş Ştatlar Rusiya hökumətini bu qanunvericiliyi mətbuat orqanlarının fəaliyyətini və ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün istifadə etməməyə çağırır.

Bundan əlavə, Rusiya hökumətinin yeni kütləvi informasiya vasitələri haqqında qanunvericiliyini 1938-ci il tarixli ABŞ Xarici Agentlərin Qeydiyyatı haqqında Qanundakı (FARA) şəffaflıq tələblərinə cavab olaraq əsaslandırması qeyri-səmimi və uyğunsuzdur. FARA məlumatın məzmununa nəzarət etmir, məlumatların və ya təbliğat materiallarının dərc edilməsini və təşkilatın fəaliyyət qabiliyyətini məhdudlaşdırmır.

XS
SM
MD
LG