Accessibility links

Jurnalist azadlığa çıxıb


Gündəm Xəbər qəzetinin kollektivi
Gündəm Xəbər qəzetinin kollektivi

İctimai fəal, "Gündəm-xəbər" qəzetinin bölgə müxbiri, həbsdə olan Məhbub Zülfüqarov dekabrın 6-da azadlığa çıxıb. Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

M.Zülfuqarlı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı: "Məhbub bəy dünən azadlığa çıxıb. O, cəzasını çəkib, başa vurub", hüquq müdafiəçisi bildirib.

Xatırladaq ki, M.Zülfüqarov İmişlidə yaşayır. O, böhtanda günahlandırılaraq 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

M.Zülfüqarovu "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov məhkəməyə vermişdi. Səbəb jurnalistin Heydər Əliyev Fonduna və hüquq-mühafizə orqanlarına S.Səmədovdan şikayət yazması olub.

İmişli rayon Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək, 5 aylığa azadlıqdan məhrum etmişdi.

M.Zülfüqarov hüquq-müdafiə təşkilatları tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG