Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan jurnalistin ən çox həbs olunduğu ölkələr sırasındadır


Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 12-də illik hesabatını yayıb.

Təşkilatın yaydığı hesabata görə, dünyada 262 jurnalist işinə görə həbsdədir. Ötən ilki rekord 259 nəfər idi.

Azərbaycan da ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır, hazırda bu ölkədə 10 jurnalistin həbs çəkdiyi bildirilir.

Ancaq hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını vurğulayır.

JMK artıq ikinci ildir bildirir ki, peşəsinə görə həbs olunmuş jurnalistlərin yarıdan çoxu, yəni 134 nəfəri Türkiyə, Çin və Misirdədir.

Təşkilat qeyd edir ki, jurnalistlərin təxminən 75 faizi dövlət əleyhinə ittihamlarla saxlanıb, çoxu “geniş və qarışıq terror qanunları” ilə ittiham olunur.

JMK bildirir ki, dünya üzrə həbsdə olan jurnalistlərin sayı yeni bir rekord vurub. Qurumun mövqeyinə görə, bu, “beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı həll edə bilməməsinin” göstəricisidir.

XS
SM
MD
LG