Accessibility links

Meydan.tv-nin facebook səhifəsi haker hücununa məruz qalıb


Meydan.tv
Meydan.tv

Yanvarın 29-da Bakı vaxtilə səhər saat 10 radələrində Meydan TV-nin “Facebook” səhifəsi hakerlərin hücumuna məruz qalıb və silinib. Bu barədə meydan.tv saytı məlumat yayıb.

“Həmin şəxslər Meydan TV-nin “Facebook” hesabında admin imtiyazı qazanmaqla digər istifadəçiləri hesabından silib. Həmçinin səhifəyə gələn ismarıcları silməyə başlayıblar. Bir saat içərisində Meydan TV-nin “Facebook” hesabının Azərbaycan, rus və ingilis dillərində olan səhifələrini çatımsız edib”, məlumatda qeyd edilir.

Meydan.tv 2013-cü ildən fəaliyyət göstərir. Hazırda saytın inizbatçıları Almaniyada fəaliyyət göstərir. Sayt Azərbaycan iqtidarını kəskin tənqidləri ilə tanınır.

Xatırladaq ki, 2017-ci ilin dekabrında müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, 2018-ci il yanvarın 4-də Milli Şuranlın sədri Cəmil Həsənli facebook səhifələrinin ələ keçirilərək çoxsaylı tənqidi statuslarının pozulduğunu yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG