Accessibility links

ATƏT-in mətbuatla bağlı konfransı tövsiyələrin qəbulu ilə yekunlaşıb


ATƏT-in media konfransı
ATƏT-in media konfransı

Tbilisidə ATƏT-in himayəsi altında KİV-in "Etibarlı və səhih məlumat üçün keyfiyyətli jurnalistika" mövzusunda 15-ci Cənubi Qafqaz konfransı hökumətlər üçün KİV və söz azadlığı sahəsində tövsiyələrin qəbulu ilə iyulun 19-da yekunlaşıb.

Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan və digər ölkələrin hökumət, KİV nümayəndələri, ekspertləri iştirak ediblər.

Tövsiyələr ATƏT-in iştirakçısı olan ölkələrin hökumətlərinin KİV-in özünütəmin və özünüidarəsinə yardım etməsi, onların keyfiyyətini və dayanıqlığını artırması, informasiya əldə etmək imkanı, jurnalistlərin müdafiəsi və təhlükəsizliyi, ədavət dilinin zərərsizləşdirilməsi, hökumətlər və KİV arasında etimad və əməkdaşlığın qurulması məsələlərini əhatə edir.

Konfrans zamanı panel sessiyalarında KİV-in rəqəmsal transformasiyası və bunun jurnalistika təcrübəsinə və keyfiyyətinə təsiri, "saxta xəbərlər" və yalan məlumatlar dövründə informasiyanın keyfiyyəti, rəqəmsal dövrdə tənzimləmə və özünütənzimləmə, Cənubi Qafqazda KİV azadlığı sahəsində son hadisələr kimi məsələlərə baxılıb.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Cənubi Qafqazda söz azadlığına hörmət və jurnalistlərin təqibi faktlarını bir-birinə zidd adlandırıb. Eyni zamanda, o, jurnalistlərin məlumat toplaması imkanını və manipulyasiyaların mövcudluğunu, feyk xəbərlər əsrinin təhdidlərinin misli görünməmiş miqyasını paradoks adlandırıb.

Əsrin bu təhdidlərinin həlli üçün bütün dövlətlərin və jurnalist ictimaiyyətinin bütün ATƏT qurumları ilə sıx şəkildə əməkdaşlığı zəruridir, deyə Dezir bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG