Accessibility links

Məhkəmə bastainfo.com saytının şikayətinin baxılmasını mümkünsüz sayıb


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi hakim Elçin Məmmədovun sədrliyi ilə bastainfo.com saytının bloklanması və saytın rəhbərliyinə, əməkdaşlarına qarşı təzyiqlərin dayadndırlması ilə bağlı şikayətinin baxılmmasını mümkünsüz sayıb. Bu barədə bastainfo.com saytının rəhbəri Mustafa Hacılı Amerikanın Səsinə bildirib.

Prosesdə Baş Prokurorluğun, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.

“Məhkəmədə Baş Prokurorluğun nümayəndəsi bildirdi ki, saytımızda qanuna zidd məqalələr dərc olunduğundan onun bloklanması xahişi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib. Bu halda nazirlik həmin məqalələrin saytdan çıxarılması ilə bağlı xəbərdarlıq məktubu göndərməlidir. Lakin sayta xəbərdarlıq məktubu göndərilməyib”, o qeyd edib.

bastainfo.com saytı
bastainfo.com saytı

Mustafa Hacılı son zamanlar saytların bloklanmasını söz azadlığının boğulması kimi qiymətləndirir.

“Məhkəmədə bildirdim ki, bastainfo.com saytının bloklanması söz azadlığının boğulması ilə bağlı atılan son addım deyil. Bu davam etdiriləcək. Bastainfo.com saytının bağlanması söz azadlığı sahəsində aparılan siyasətin tərkib hissəsidir. İndi prokurorluq sanki senzor rolunu oynayır”, o bunları hakimin diqqətinə çatdırdığını bildirib.

Hacılı məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

İyulun 7-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi sahəsində müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Baş Prokurorluğun məttbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, doğru olmayan məlumat yaydığına görə “bastainfo.com”, "gununsesi.info” və “teref.info” və digər saytların vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Bastainfo.com saytının rəhbəri Mustafa Hacılı və saytın əməkdaşları dəfələrlə prokurluqda dindirlib.

Azərbaycan hökuməti ölkədə internet azadlığının tam təmin edildiyini, İnsanların sözlərinə, fikirlərinə, siyasi yönümünə görə təqib olunmadığını bildirir. Rəsmi Bakı internet azadlığı, söz azadlığı ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG