Accessibility links

Türkiyədə 29 polis işçisinin məhkəməsi başlayıb


Türkiyədə 29 polis işçisinin məhkəməsi başlayıb. Onlar 270 adamın ölümü və hökumətin kütləvi basqılarına səbəb olan çevriliş cəhdində ittiham edilir.

Prokurorluq polis işçilərinin prezident Rəcəb Tayyib Ərdoğanın müdafiəsində borclarını yerinə yetirmədiyini bildirir.

Onların 21-i hökuməti devirmək cəhdinə görə ömürlük həbs cəzası ilə üzləşə bilər.

Digərləri isə terrorçu qruplaşmanın üzvü olduqlarına görə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Türkiyə çevriliş cəhdinin arxasında durduğuna görə Amerikada yaşayan ruhani Fətullah Güləni günahlandırır.

İyul ayından bəri Türkiyədə 40 mindən çox insan həbs edilib, 100 mindən çox dövlət məmuru, müəllim, həkim və Gülənlə əlaqəsi olduğuna inanılan çoxsaylı adam işlərindən kənarlaşdırılıb.

Qərb hökumətləri də daxil edilməklə, tənqidçilər Ərdoğanın siyasətinə görə narahatlıqlarını bildirir.

Fətullah Gülən Türkiyə hökuməti tərəfindən Rusiyanın Türkiyədəki səfirinin qətlinin arxasında durmaqda da ittiham edilir.

XS
SM
MD
LG