Accessibility links

Prokuror baş redaktora 8 il həbs istəyib


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun (İbişbəyli) işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilməyi və 8 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib. Növbəti iclas iyunun 9-na təyin edilib.

Fərəməzoğlu 30 iyun 2016-cı il tarixində DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Polisin məlumatına görə, o, 3000 manat rüşvət alarkən cinayət üstündə saxlanılıb.

Jurnalist ittihamı təkzib edib və qanunsuz qumarxanalar haqqında nəşrlərinə görə təqib edildiyini bildirib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

XS
SM
MD
LG