Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi" hərəkatının üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadənin şikayətinə baxıb. Bu haqda vəkil Yalçın İmanov bildirib.
Onun sözlərinə görə, şikayət Nərimanov Rayon Məhkəməsinin Nuruzadə ilə bağlı oktyabrın 9-da verdiyi həbs qətimkan qərarından olub. Belə ki, müdafiə tərəfi bu qərarı əsassız sayıb.
Sonuncu dəfə oktyabrın 6-da tutulan Nuruzadə barəsində Nərimanov Rayon Məhkəməsi narkotik maddə satışı ittihamı ilə oktyabrın 9-da istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Şikayət oktyabrın 11-də verilib və şikayətə bu gün baxılıb: "Proses zamanı Nuruzadənin inzibati həbs edilməsi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması haqda məlumat verdim və dindar fəalın qurama ittihamlarla həbs edildiyini bildiridim", vəkil qeyd edib.
Yalçın İmanov hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə heyətinin şikayəti təmin etmədiyini söyləyib.
Vəkil Nuruzadənin müdafiəsi ilə bağlı hüquqi prosedurların davam etdiriləcəyini, yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklərini, dindar fəalın ev dustaqlığına buraxılması üçün vəsatət verəcəklərini qeyd edib.
Xatırladaq ki, həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Nuruzadə ilk dəfə 2017-ci il yanvarın 24-də evinin yaxınlığında tutulub, 10 sutka inzibati cəza alıb, daha sonra sentyabr ayında saxlanıb.
Sonuncu dəfə oktyabrın 6-da tutulan Nuruzadə barəsində Nərimanov Rayon Məhkəməsi narkotik maddə satışı ittihamı ilə oktyabrın 9-da istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçib.