Accessibility links

Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verir


Xədicə İsmayıl və Aynur Elgünəş

Jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Buna səbəb Vəkillər Kollegiyasının vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması barədə qərarıdır.

"Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bir neçə dəfə dindirməyə çağırılmışam. Sonuncu dindirmə vəkil Yalçın İmanovun iştirakı ilə keçirilib. İndi onun fəaliyyəti dayandırılıb", Aynur Elgünəş bildirib.

Yeni vəkillə müqavilə bağlamaq əlavə xərcdir, ən əsası isə bu, vəkilə inam məsələsidir.

Yalçın İmanov
Yalçın İmanov

"Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır", Aynur Elgünəş qeyd edib.

İddia ərizəsi yaxın günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndəriləcək.

Yalçın İmanov Xədicə İsmayılovanın da hüquqlarını müdafiə edir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi Penitensiar Xidmətin ondan şikayəti göstərilib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı və Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Yalçın İmanovun səlahiyyətlərinə xitam verilməsi barədə qərarı pisləyiblər.

XS
SM
MD
LG