Accessibility links

Məhkəmə AXCP fəallarını həbsdə saxlayıb


Mayın 31-də Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Babək Həsənovun və Ruslan Nəsirlinin həbsindən verilmiş şikayəti təmin etməyib.

Şikayətlər onların 4 ay müddətinə həbs edilməsi ilə bağlı verilib. O və digər bir fəal Aqil Məhərrəmli mayın 25-də saxlanılıb. Növbəti gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi onların üç həftə əvvəl qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə cinayət məsuliyyətinə cəlb edildiyi haqqında məlumat yayıb.

Hüquq-mühafizə orqanları beş şəxsi qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham edir. Rəsmi versiyaya görə, S.Rüstəmov Rusiyada bizneslə məşğul olarkən sahibkarlardan Xalq Cəbhəsi Partiyasının fəaliyyətini maliyyələşdirmək üçün pul yığırdı. Pul bank dövriyyəsindən kənar göndərilirdi və AXCP fəallarına ötürülürdü.

AXCP isə çirkli pulların yuyulması ilə bağlı ittihamı tamamilə cəfəngiyyat adlandırıb.

Aqil Məhərrəmlinin şikayətinə nə vaxt baxılacağı məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG