Accessibility links

Məkkədə ölən iranlı zəvvarların cəsədi Tehrana göndərilib


Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həlak olan iranlı zəvvarların bir hissəsinin cəsədini gətirən təyyarə bu gün İrana çatıb.

Prezident Həsən Ruhani Tehran hava limanına enən təyyarənin qarşılanması mərasimində iştirak edən yüksək vəzifəli rəsmilər arasında olub.

Ölən 464 iranlıdan 104-nün cəsədi təyyarədə olub. Bu faciə İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrə ciddi zərər vurub.

Yalnız Təşkilatçılıq İttihamı

İran Səudiyyə Ərəbistanını yalnız təşkilatçılıqda ittiham edir və bununla bağlı iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi önündə bir neçə etiraz aksiyası keçirilib.

İranln ali dini lideri Ayətulla Əli Kameneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək bildirmişdi ki, əgər regional rəqibi olan Səudiyyə zəvvarların cəsədini geri göndərməsə ağır nəticələrlə üzləşməli olacaq.

Sentyabrın 24-də baş verən və 769 nəfərin həyatına son qoyan faciə zamanı ölənlərin çoxu iranlı olub.

XS
SM
MD
LG