Accessibility links

Meksikada həbs olunan ABŞ vətəndaşı azad edilib


O, narkotik maddələr qaçaqmalçıqlığına görə həbs olunmuşdu

Meksika rəsmiləri narkotik maddələr qaçalmalçılığı ittihamı əsasında saxlanan ABŞ vətəndaşı olan yeddi uşaq anasını azad edib. Beynəlxalq medianın diqqətini çəkmiş hadisəABŞ-Meksika münasibətlərini təhlükə altına ala biləcəyi ilə bağlı narahatlıqlara səbəb olmuşdu.

Yanira Maldonado Meksika sərhəddi yaxınliğında yerləşən həbsxanada doqquz gün saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ailəsi və yaxınları onu böyük sevinclə qarşılayıb.

Meksika hərbi qüvvələri onu Arizona ştatına doğru hərəkət edən sərnişin avtobusunda oturacağının altında beş kiloqram marixuana aşkar edildikdən sonra həbs etmişdi.

Ona qarşı irəli sürülən ittihamlar təhlükəsizlik kameralarındakı görüntülər nəzərdən keçirildikdən sonra qadının və onun həyat yoldaşının su qabı, ədyal və qadın çantası ilə avtobusa daxil olduğu aydın olduqdan sonra aradan qaldırılıb.

Maldonado Meksika əsilli ABŞ vətəndaşıdır. Qadın və onun həyat yoldaşı Qari deyib ki, onlar Meksikaya dəfn mərasimində iştirak üçün səfər edirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG