Accessibility links

Meksikada itkin düşmüş üç amerikalının cəsədi aşkar edilib


Meksika rəsmiləri dünən sərhəd şəhəri Matamorosda iki həftədən çox vaxtdır itkin düşmüş üç amerikalının cəsədini aşkar edib.

Rəsmilər şahidlərin ifadələrinə əsasən təcavüzkarların özlərini “Herkules” adlandıran elit ictimai təhlükəsizlik nəzarət qrupunun bir hissəsi kimi qələmə verdiklərini deyib. Dövlət ittihamçısı məsələ ilə bağlı qrupun doqquz üzvünü dindirir.

Tamaulipas dövlət ittihamçısı İsmael Quintanilya Akosta deyib ki, qurbanların əlləri və ayaqları bağlı vəziyyətdə olub və elə qaçırıldıqları gün - oktyabrın 13-ü onların başlarından güllələniblər.

26 yaşlı Erika Alvarado Rivera, onun qardaşı 22 yaşlı Aleks, 21 yaşlı Cose Ancel və onun 32 yaşı sevgilisi Cose Qvadalupe Kastaneda Benitez ailə üzvlərini ziyarət etmək üçün səfər edib. Bu hadisə ötən aylarda təhlükəsizlik qüvvələrinin mühakimə edilmədən cəzalandırdıqları üçüncü belə hadisədir.

XS
SM
MD
LG