Accessibility links

Vaşinqtonun gündəlik həyatı meksikalı mühacirin gözü ilə [Video]


Vaşinqtonun gündəlik həyatı meksikalı mühacirin gözü ilə
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Vaşinqtonun gündəlik həyatı meksikalı mühacirin gözü ilə

Karlos Karmonamedina tez-tez şəhər ətrafında bir yerdə oturaraq, insanların gündəlik həyatını izləyib, gördüklərini eskizə köçürür. Bu eskizlər bəzən şəhərin həftəlik açıqçaları lahiyəsində istifadə edilir.

“Mən açıqça eskizləri seriyamla Vaşinqtonun vizual xarakterini yaratmağa çalışıram.” - deyə, Karlos bildirib.

Əslən meksiakalı olan və iki ildir Vaşinqtonda yaşayan Karlos yeni açıqçalar hazırlamaq məqsədi ilə öz velisopedlə şəhərin fərqli yerlərinə səfər edir. O bəzən eksiz çəkmək üçün başqa heç bir halda getməyəcəyi yerlərə səfər etməli olur.

Fotoşəkildən və sürətlə çəkilmiş eskizdən açıqçalar hazırlayan Karlos onları öz bloqunda və sosial mediada insanlara təqdim edir. Bunun sayəsində o Vaşinqtonlular arasında məhşurlaşa bilib.

Karlos artıq iki ildir ki, şəhər mərkəzində yerləşən Milad bazarında açıqçalarını satır. Bura gələn müştərilər həmin açıqçalarda öz məhəllələrini tapmağa çalışır.

O hazırladığı açıqçaların bir çoxunda Kapitoli kimi Vaşinqtonun məhşur binalarını təsvir edir. Lakin, bəzən Karlos şəhərin tanınmayan amma maraqlı küçələrini kəşf edərək, onları müşahidələrinə uyğun təsvir edir.

“Mən yaratdığım sənətin içinə çoxlu düşüncə qatmağı sevmirəm. Təbii görünməsinə daha çox üstünlük verirəm. Bu mənim ətraf dünyaya olan marağım və yanaşma tərzimdir. Şəhər necədirsə, necə dəyişilirsə mən də öz sənətimlə bunu elə təsvir etməyə çalışıram." - deyə, Karlos əlavə edib.

Karlos yerli əhali ilə söhbətləşərək, Vaşinqton tarixini araşdıraraq, yüzlərlə kilometr velisoped sürərək ölkənin paytaxtının unikal görünüşünü əks etdirən lahiyə yaratmağa nail olur.

Beləliklə hazırda Karlos Vaşinqton şəhəri haqqında ən az yerli əhali qədər, bəlkə də onlardan daha çox məlumatlıdır.

XS
SM
MD
LG