Accessibility links

ABŞ-da məktəbdə silahlı hücüm nəticəsində daha bir şagird dünyasını dəyişib


Ötən həftə ABŞ-ın şimal-şərqindəki Vaşinqton ştatında məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı iki oldu.

Xəstəxana rəsmiləri bildirblər ki, 14 yaşlı Gia Soriano bazar günü gecə dünyasını dəyişib. Sietl şəhərinin 55 kilometr şimalında yerləşən Marysville-Pilchuk orta məktəbinin yeməkxanasında baş verən atışma nəticəsində Gia və daha dörd şagird güllə ilə vurulub. Məktəbli qızlardan biri atışma zamanı yerindəcə keçinib.

Digər üç zərərçəkən iki oğlan və bir qız hələ də xəstəxanada müşahidə altındadır. Oğlanlardan biri və qızın vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin məktəbin şagirdi Ceylen Frayberq kimi tanıdığı silahlı şəxs özünü vurub öldürüb. Xəbər agentlikləri Ceylenin Amerika Hindlilərinin Tulalip tayfasının nüfuzlu ailəsinə mənsub olduğu haqda məlumat verib. Yaralanan oğlanlardan ikisi onun yaxın qohumudur.

Silahli atışma ilə bağlı istintaq aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG