Accessibility links

ABŞ-da müharibələrdə həlak olan amerikalıların xatirəsi anılır


Motosikletçilər Xatirə günü münasibətilə Vaşinqtonda Pentaqon yaxınlığında yürüş keçirir
Motosikletçilər Xatirə günü münasibətilə Vaşinqtonda Pentaqon yaxınlığında yürüş keçirir

Amerikalılar bu həftə sonu Xatirə gününü qeyd edir. Ölkənin hər yerində keçirilən tədbirlər, nümayişlər, idman tədbirləri və pikniklərdə müharibələrdə həlak olmuş amerikalıların xatirəsi anılır.

Xatirə günü hər il may ayının sonuncu həftəsi bazar ertəsi keçirlir. Bu gün vətən yolunda həyatını qurban vermiş Amerika hərbçilərinin məzarı önünə əklillər qoyulur. Adətən Xatirə günü ABŞ-ın hər yerindən Vaşinqtona müharibə veteranlarıınn motosikl karvanları gəlir. “Rolling Thunder” adı ilə tanınan motosikl yürüşləri zamanı onlar diqqəti veteranların problemlərinə yönəltməyə çalışır.

ABŞ Müdafiə naziri Robert Geyts və Birgə Qərargahlar rəisi admiral Mayk Mullenin veteranlar qarşısında çıxışı gözlənilir. A

BŞ-ın ictimai televiziyası bazar ertəsi günü axşam paytaxt Vaşinqtondan Xatirə günü münasibətilə birbaşa yayımda ənənvi konsert proqramını yayımlayacaq. Tədbirdə təqaüddə olan ABŞ generalı və keçmiş Dövlət katibi Kolin Pauell və başqa tanınmış siyasi və ictimai xadimlər iştirak edəcək.

XS
SM
MD
LG