Accessibility links

Merilend ştatında atışma


Merilend ştatında atışma zamanı 3 nəfər öldürülüb.

Hüquq-mühafizə rəsmisi bu haqda məlumat versə də, detallara varmayıb. Bu haqda məlumat vermək səlahiyyətinə malik olmadığını deyən rəsmi adının açıqlanmasını istəməyib.

Federal Təhqiqat Bürosu atışmanı aktiv adlandırıb və Baltimor polisinin istintaqa yardım etdiyini deyib.

Harford mahalının polis rəisi tvit edərək bildirib ki, hadisə zamanı bir neçə adam həyatını itirib. O, vəziyyətin hələ də gərgin olduğunu və insanlara hücum bölgəsindən uzaq durmağı tövsiyə edib.

Merilend qubernatoru Larri Hoqan Aberdində vəziyyətin yaxından izlənildiyini və ştatın hər bir yardıma hazır olduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG