Accessibility links

Angela Merkel Co Baydeni və Kamala Harrisi təbrik edib


Almaniya kansleri Angela Merkel bazar ertəsi ABŞ-ın yeni seçilmiş prezidenti və vitse-prezidentini təbrik edərək, ABŞ və onun avropalı tərəfdaşlarının dövrün problemlərinin həllndə birlikdə çalışmalı olduqlarını deyib.

Berlində keçirilən mətbuat konfransında Merkel Baydenin onilliklərdir həm daxili, həm də xarici siyasətdə təcrübəsi olduğunu, Almaniya və Avropanı yaxşı tanıdığını deyib. O, keçmiş vitse-prezidentlə görüşləri və müzakirələri ilə bağlı xoş xatirələrinin olduğunu bildirib.

Almaniya kansleri eləcə də Kamala Harrisi gələcək vitse-prezidentlik vəzifəsi münasibətilə təbrik edib və onun ölkədə bu vəzifədə çalışacaq ilk qadın olacağını vurğulayıb. Merkel Harrisin iki mühacirin övladı kimi bir çox insana ilham verəcəyini və Amerikada bunun mümkün olduğuna nümunə olduğunu deyib. "Mən onunla görüşməyi səbirsizliklə gözləyirəm" - deyə, o bildirib.

Merkel ABŞ, Almaniya və digər Avropa İttifaqı ölkələrinin COVID-19 pandemiyası, qlobal istiləşmə və terrorizm də daxil olmaqla, dövrün böyük problemlərinə qarşı mübarizədə "çiyin-çiyinə" dayanmalı olduğunu deyib. O deyib ki, onlar “azad dünya iqtisadiyyatı və sərbəst ticarət üçün birlikdə çalışmalıdır, çünki bu, Atlantik okeanının hər iki tərəfində firavanlığımızın əsasıdır”.

Merkel almanlar və avropalıların ABŞ-la tərəfdaşlıq əlaqələrində öz üzərlərinə daha çox məsuliyyət götürməli olduğunu Anladığını deyib. “Amerika bizim ən vacib müttəfiqimiz olub və elə də qalır. Lakin bizdən haqlı olaraq təhlükəsizliyimizi təmin etmək və dünyadakı inanclarımıza sadiq qalmaq üçün daha çox səy göstərməyimizi gözləyir ”- deyə, o bildirib.

Almaniya hazırda Avropa İttifaqına rotasiya üzrə sədrlik edir.

Merkellə prezident Donald Tramp arasında münasibətlər NATO-ya maliyyə ayrılması və Rusiya ilə münasibətlər kimi məsələlərə görə gərgin idi.


Şərhlərə bax

XS
SM
MD
LG