Accessibility links

Merkel: İranla gərginliyin azaldılması üçün bütün yolları araşdırmalıyıq


Almaniya Kansleri Angela Merkel bazar günü İran və Fransa xarici işlər nazirləri arasında danışıqların G-7 (Böyük Yeddilər) sammiti çərçivəsində tədbir olduğunu bildirib. Onun əlavə edib ki, ABŞ və İran arasında gərginliyin aradan qaldırılması üçün hər bir imkandan istifadə olunmalıdır.

"Biz gərginliyin zəiflədilməsi yolunu tapmalıyıq. Əgər bunu etməsək, İranın nüvə sazişi üzrə öhdəliklərindən sentyabrda daha da çox imtina etməsindən qorxmalıyıq" – deyə, Merkel jurnalistlərə bildirib.

O deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin danışıqlar üçün Biarritsə gələcəyi haqda ona bundan yalnız bir qədər öncə məlumat verilib.

G-7 sammitİ, Biarrits, 25 avqust, 2019.
G-7 sammitİ, Biarrits, 25 avqust, 2019.

Zərifin ABŞ prezidenti Donald Trampın yeddiliyin digər ölkələrinin liderləri ilə görüşdüyü Biarritsə gəlişi təəccüb doğurub.

İran xarici işlər naziri sammitin keçirildiyi Biarritsə Fansa prezidenti Emmanuel Makronun xahişi ilə gəlib. Makron Trampın Tehranla 2015 il nüvə proqramının məhdudlaşdırılmasına yönəlmiş beynəlxalq razılaşmadan çıxmasından sonra İran Körfəzində yaranmış gərginliyi iranlı həmkarı Həsən Ruhani ilə müzakirə edib.

Makron beynəlxalq sazişi xilas etməyə çalışmağa səy göstərir, amma Tramp Fransa liderini Vaşinqtonla danışıqların mümkünlüyü ilə bağlı İrana "qarışıq siqnallar" göndərməkdə ittiham edib.

Fransa lideri İranın qısa müddət ərzində neftini ixrac etməsinə imkan verilməsinə, 2015-ci ilin sazişinin tam yerinə yetirilməsinə, İran Körfəzi regionunda gərginliyin azaldılmasına və yeni danışıqlara başlamağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG