Accessibility links

Ukraynada sülh Merkelin gündəmində


Ukrayna hərbçisi Donetskdə Rusiya tərəfdarı separatçılarla toqquşmadan sonra dağılmış zavodda, 31 mart 2017
Ukrayna hərbçisi Donetskdə Rusiya tərəfdarı separatçılarla toqquşmadan sonra dağılmış zavodda, 31 mart 2017

Almaniya hökuməti bildirib ki, Almaniya, Rusiya, Ukrayna və Fransanın liderləri Ukraynanın şərqində sülh razılaşmasının həyata keçirilməsi işinə sadiq qaldıqlarını yenidən ifadə ediblər.

Almaniya kansleri Angela Merkelin ofisi onun bazar ertəsi axşam Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Hollandla telefon söhbətləri apardığını bildirib.

Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, Ukraynaprezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Holland danışıqlar zamanı
Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, Ukraynaprezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Holland danışıqlar zamanı

Fransa və Almaniyanın vasitəçiliyi ilə 2015-ci ildə əldə edilən sülh razılaşması döyüşlərin miqyasının azalmasına kömək edib. Lakin buna baxmayaraq, bölgədə zorakılıqlar davam edib və münaqişənin siyasi həlli cəhdləri baş tutmayıb.

Almaniya hökumətinin çərşənbə axşamı açıqladığı bəyanatında dörd ölkənin liderlərinin "razılığın təhlükəsizlik və siyasi aspektlərinin" həyata keçirilməsi işinə sadiq qaldığını bildirdiyi deyilir. Bəyanata əsasən, onlar atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulayıb və məhbusların dəyişdirilməsi işində inkişafa çağırıb.

Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri dörd ölkə formatında müzakirələrin Fransanın növbəti prezidenti tərəfindən də davam etdiriləcəyinə ümid bəslədiklərini bildiriblər.

XS
SM
MD
LG