Accessibility links

Merkel və Poroşenko Rusiyaya qarşı sanksiyaların saxlanmasına çağırıb


Almaniyanın kansleri Angela Merkel Avropa Birliyinə müraciət edərək qurumu Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb.

Bugün yayılan bəyanatında xanım Merkel deyib ki, Rusiya Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını tam yerinə yetirməyincə sanksiyaların tətbiqi davam etməlidir.

Merkel bu bəyanatı Ukrayna prezidenti Petro Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransındakı çıxışı zamanı açıqlayıb.

Ukrayna prezidenti də Rusiyaya qarşı sanksiyaları saxlamasının qatı tərəfdarı olduğunu bildirib.

Merkelin sözlərinə görə, o, cənab Poroşenko ilə 2016-cı ildə Ukraynaya yeni maliyyə yardımının genişləndirilməsini də müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG