Accessibility links

Qubada yanğın söndürülüb


Meşədə yanğın

Havaların isti keçməsi Azərbaycanın şimal rayonlarında meşə yanğınları yenidən başlamasına səbəb olub.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri (Bakıdan 168 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.

Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi (Bakıdan 120 kilometr şimal) yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür.

Qeyd edək ki, iyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində (Bakıdan 100 kilometr şimal) meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.

Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi (Bakıdan 153 kilometr qərb) yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında (Bakıdan 272 kilometr cənub) yanğın baş verib.

XS
SM
MD
LG