Accessibility links

Metropoliten muzeyində alimlər elmlə sənəti bir araya gətirir [Video]


Metropoliten muzeyində alimlər elmlə sənəti bir araya gətirir
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Bir sənət əsərinin həqiqi və ya saxta olduğunu necə anlamaq olar? Bunun üçün alimə müraciət etmək lazımdır. Nyu Yorkda yerləşən Metropoliten Muzeyində hər hansı bir sənət əsərinin gerçək və ya saxta olduğunu anlamaq üçün kimya, fizika və geologiya elmlərindən istifadə olunur. İndi isə bu məharət artıq yeniyetmələrə də öyrədilir.

Biz Metropoliten Muzeyində sənət əsərlərini araşdırıb, onları qoruyub saxlamaq üçün pərdə arxasında aparılan işlərə pəncərə açırıq
Marko Leona

Alim Marko Leona ilə söhbət edərkən lüğətə ehtiyacınızın ola bilər.

“Bizdə x-şüalı flüoresent spektroskopiyası, raman spektroskopiyası, optik hopdurma spektroskopiyası var..”

Lakin Leona və onun Metropoliten Muzeyindəki həmkarları gördükləri işi insanlara izah etməyi sevirlər, ələlxüsus da Teens Take the Met (Yeniyetmələr Met-də) adlı tədbir üçün burada toplaşan gənclərə.

“Biz Metropoliten Muzeyində sənət əsərlərini araşdırıb, onları qoruyub saxlamaq üçün pərdə arxasında aparılan işlərə pəncərə açırıq”, deyə alim Marko Leona bildirir.

Bu yeniyetmələr elmlə incəsənətin bir araya gətirilə biləcəyini öyrənirlər.

“Mən tədqiqatımda mavi piqmenti araşdırıram. Həli ki, onun nə olduğunu dəqiq anlamırıq, amma mavi piqmentin kimyasına nəzər salaraq, onun arxeoloji kontekstdə necə istifadə olunduğunu anlaya bilərik”, deyə tədiqatçı alim Kristal Kanninqam bildirir.

“Biz sənət əsərinə baxanda bu nədir, buraya necə gəlib? suallarını cavablandıra bilmək üçün hər elmi üsula əl atırıq”, Marko Leona söyləyir.

Bu alimlərin cavablandırmalı olduqları bir digər sual isə “bu sənət əsəri orijinaldır yoxsa saxta? Bunu müəyyən etməyin bir yolu x-şüalı flüoresent spektroskopiyadır.

Metropoliten Muzeyi
Metropoliten Muzeyi

“Biz əşyanın üstünə çox incə x-şüası saçırıq, həmin əşya isə başqa x-şüarları saçır. Beləcə biz onun içində qurğuşun, titan və ya civənin olduğunu müəyyən edə bilərik”, Leona deyir.

Bu elementləri müəyyən etməklə tədqiqatçıların sənət əsərinin mənşəyi ilə bağlı ipucları əldə edirlər. Müasir texnologiyanın portativ olması o deməkdir ki, bu texnologiya artıq təkcə laboratoriya ilə məhdudlaşmayacaq.

Bu təcrübə bəlkə də, yeni nəsil alimlərin yetişməsinə səbəb olacaq.

“Mən öz biotexnologiya şirkətimi qurmaq və daha sonra onu böyüdüb, daha çox hospital təsis edib, Afrikada səhiyyə sistemini inkişaf etdirmək istəyirəm”, deyə məktəb şagirfi Xədicə Tandca bildirir.

Bəziləri Amerikanın ən böyük incəsət muzeyində elmlə incəsənətin bir araya gətirilməsini dahilik kimi görə bilər.

XS
SM
MD
LG