Accessibility links

Donald Tramp Meksika prezidentinə başsağlığı verib


Meksikada onlarla insanın ölümünə səbəb olan zəlzələdən bir həftə sonra Birləşmiş Ştatlar prezidenti Donald Tramp meksikalı həmkarına zəng edərək, başsağlığı verib.

Ağ Evin cümə axşamı açıqladığı bəyanatında deyilir ki, cənab Tramp Meksika prezidenti Enrike Pena Niyetoya zəlzələ səbəbindən ölənlərə və dağıntılara görə başsağlığı verib.

ABŞ dövlət başçısı Meksika prezidenti ilə söhbəti barədə "Air Force One" danışarkən bütün zəlzələlərin dəhşətli olduğunu və Meksika xalqına hörmətini bildirdiyini deyib.

Twitter səhifəsində Tramp Meksika prezidenti Pena Nyetonun zəlzələnin baş verdiyi bölgədə olduğu və orada mobil telefon xətti işləmədiyinə görə, üç gündür onunla əlaqə saxlamağın mümkün olmadığını yazıb.

Ağ Ev deyib ki, Tramp hər iki ölkədə təbii fəlakətlər baş verdiyi üçün Meksika hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG