Accessibility links

Mexiko şəhər polis rəisinə qarşı sui-qəsd cəhdi olub


Rəsmilər bildirir ki, cümə günü səhər erkən saatlarda paytaxtın yüksək səviyyəli məhəlləsində silahlı şəxlər tərəfindən Mexiko şəhərinin polis rəisinə qarşı sui-qəsd cəhdi törədilib. Polis rəisi yaralanıb, iki cangüdəni isə həyatını itirib.

Mexiko Bələdiyyə Başçısı Klaudia Şeinbaum Twitterdə ictimai təhlükəsizlik rəhbəri Ömər Qarsia Harfuçun səhər saat 6:30-da baş verən hücumdan sonra “təhlükədən kənar olduğunu” söyləyib. Hücum şəhərin Lomas de Çapultepek bölgəsi sakinlərini şoka salıb.

Mexiko Bələdiyyə Başçısı ölənlərin dəqiq sayının bilinmədiyini deyib.Və hadisə barəsində əlavə heç bir detal verməyib. Mexiko rəsmisi hadisə zamanı ilkin olaraq iki polis işçisinin öldüyü və polis rəisinin üç güllə yarası aldığını bildirb.

Bundan əlavə Mexiko şəhərinin baş prokuroru Ernestina Godoy hadisə ilə əlaqədar 12 şəxsin həbs olunduğunu söyləyib.

Mütəmadi mətbuat konfransında danışan Prezident Andres Manuel Lopez Obrador zorakılığın səbəbini yerli məmurların şəhərdə nizam-intizam qurması ilə əlaqələndirib.

Sakinlər bildiriblər ki, bir çox varlı sakinlərin yaşadığı və səfirlik iqamətgahlarının yerləşdiyi Lomas de Çapultepekdə hücum zamanı bir neçə dəqiqə ərzində güclü silah səsləri eşidilib.

XS
SM
MD
LG