İngiltərə baş naziri Tereza Mey Çində dünya liderləri ilə ticari baryerlərin aradan qaldırılmasına istiqamətlənmiş görüşlərini başa çatdıraraq, üç gün davam edən ticarət diplomatik missiyasını tamamlayıb.
Fevralın 2-si Meyin Çinə səfərinin son günü Şanxay Biznes Forumunda çıxışı gözlənilir.
Səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Britaniyanın Avropa Birliyindən çıxmasından sonra yeni ticarət sazişlərinin imzalanmasına nail olmaq idi.
Böyük Britaniyanın baş naziri cümə axşamı Pekində Çin prezident Şi Tsinlə görüşərək, qarşılıqlı müzakirələr aparıb.