Accessibility links

Meyn ştatında silaha nəzarət təşəbbüsü [Video]


Meyn ştatında silaha nəzarət təşəbbüsü
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Meyn ştatında silaha nəzarət təşəbbüsü

Seçki bülletenində yer alan suallar noyabr ayında ABŞ seçicilərinin verəcəyi ən dərin şəxsi qərarlar olacaq, çünki bu suallar vətəndaşlara qanunları dəyişmək imkanı verir. Meyn ştatında bu, çox ciddi məsələdir. Orada seçki mövsümündə özəl silah satıcılarının alıcıların cinayət tarixçəsini yoxlamaları üzərində mübarizə davam edir.

Qızı Darienin Portlanddakı bu mənzildə güllələnərək öldürülməsindən altı il keçməsinə baxmayaraq, Veyn Riçardson və həyat yoldaşı Cudi hələ də bu itkinin ağrısı ilə yaşayırlar.

“Cinayətin kimin törətdiyi bilinmir, çünki silah satılan insanın tarixçəsi yoxlanılmamışdı”.

Buna görə də, onu öldürən silahın sahibini tapmağın yolu yoxdur.

“Biz isə qanundakı bu boşluğu doldurmağa çalışırıq,” deyə Cudi Riçardson bildirir.

Riçardson ailəsi və digər vətəndaşların bu məsələyə qarışmalı olduqlarını deyir.

“Bizim siyasətçilərimiz və hökümətimiz bu məsələ ilə bağlı heç bir addım atmayıb və Meyndə belə bir vətəndaş təşəbbüsü var və biz bu məsələni insanlara çatdıracağıq.

Sual 3-ün kampaniyası ştatdan kənar maliyyə aldığına görə, Nyu York meri və silahlara nəzarət tərəfdarı Maykl Blumberqin tənqinə səbəb olub.

“San Bernardino və Orlandodakı kütləvi atışmalardan sonra bütün ölkədə silah qanunları müzakirə olunmağa başlayıb. Amma burada, ovçuluq və silah klublarının həyatın bir hissəsi olduğu Meyndə seçki bülletenində cinayət tarixçəsinin yoxlanması ilə bağlı sual bir çoxları tərəfindən təhlükə olaraq görülür.

3-cü sualın kampaniya reklamları Henk Snouman kimi ovçuları inandırmağa çalışır.

“Silah şoularında silahların satışına gəldikdə, cinayət tarixçəsinin yoxlanması məncə doğru olardı. Mənim bununla heç bir problemim yoxdur.”

Lük Haus bülletendəki bu sualı daha sıx silah nəzarətinə aparacaq bir yol olaraq görür.

“Biz təhqir olunmuşuq. Onlar bizim çox sadəlövh və ya çox axmaq olduğumuzu, ya da özümüzü müdafiə etmək hüququndan vaz keçə biləcəyimizi düşünürlər. Bu isə bizi təhqir edir, qəzəbləndirir.”

Bu səbəbdən də o, kənar maliyyənin olub-olmamasına baxmayaraq, bu təşəbbüsün noyabrda uğurla nəticələnməyəcəyini düşünür.

“Biz qanunun tərəfindəyik və qanun qalib gəlir. Siz burada Meyndə bizim haqlarımızı əlimizdən ala bilməzsiniz.”
Riçardson ailəsi isə düşünür ki, Sual 3 üzərində qərar vermək çox asan olmalıdır.

“Cinayət tarixçəsinin yoxlanılmasını niyə istəmirsiniz ki? Bu nəyə çətinlik yaradır?”

XS
SM
MD
LG