Accessibility links

ABŞ Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasına dair konfransı təxirə salıb


Buna səbəb regionda hazırkı vəziyyət olub


Birləşmiş Ştatlar Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasına dair konfransın regionda hazırkı vəziyyətlə əlaqədar təxirə salındığını bildirib.

ABŞ hökuməti bunu Qəzza zolağında İsrail-Fələstin münaqişəsinin gərginliyin artdığı, Suriyada vətəndaş müharibəsinin davame etdiyi və Misirdə siyasi vəziyyətin həll edilmədiyi bir zaman bəyan edib.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland açıqladığı bəyanatda regionda təhlükəsizlik və silahlara nəzarət məsələlərinin həlli məsələsində “konseptual baxımından böyük uçurum olduğunu” bildirib. Nuland deyib ki, ABŞ regionda hər hansı bir dövlətə qarşı təzyiq göstərilib, ya da onun təcrid edilməsinə çağıran konfransa dəstək verə bilməz. Bununla Birləşmiş Ştatlar konfrans iştirakçılarının İsrail əleyhinə birləşə bilməsini nəzərdə tutur.

Konfrans bu ilin sonuna qədər Finlandiyada keçirilməli idi.

İran və ərəb ölkələri İsrailin nüvə arsenalının Yaxın Şərqdə sülhə və təhlükəsizliyə hədə törətdiyini bildirir. İsrail və Qərb ölkələri isə İranı başlıca nüvə təhlükəsi hesab edir. Tehran atom silahı istehsal etmək niyyətində olmadığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG