Accessibility links

Hərbi ekspertlər Rusiyanın Ukraynadakı hərbi strategiyasını təhlil edirlər


Hərbi ekspertlər Rusiyanın Ukraynadakı hərbi strategiyasını təhlil edirlər
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Hərbi ekspertlər Rusiyanın Ukraynadakı hərbi strategiyasını təhlil edirlər

Hərbi müdaxilənin ilk günlərində Rusiya rəsmiləri məqsədlərinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası olduğunu bildirmişdi.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərində qərb təhlilçiləri Rusiya ordusunun çox tez bir zamanda Ukrayna və paytaxt Kyivin nəzarətini ələ keçirəcəyini proqnozlaşdırırdı.

Artıq üç ay keçib və aydındır ki, Rusiya ordusu ciddi ziyan vurub.

“Onlar ərazi ələ keçiriblər və Ukrayna iqtisadiyyatına böyük ziyan vururlar. Onlar taxıl ixracını da əngəlləyirlər,” ABŞ ordusunun təqaüddə olan generalı Ben Hodces.

Buna baxmayaraq, qərbli hərbi ekspertlər deyirlər ki, Rusiyanın hərbi kampaniyası uğursuzdur.

“Onlar hər bir məqsədlərində uğursuz olublar. Müdafiə Nazirliyi korrupsioner qurum kimi ifşa olunub. Onların əsgərləri qatildir, onlar mülki hədəflərə qarşı ayrı-seçkilik etmədən silahdan istifadə edirlər,” Ben Hodces deyib.

ABŞ-ın Avropadakı keçmiş komandiri general Ben Hodces deyir ki, Rusiya Ukrayna xalqının güclü iradəsini hesaba almamışdı.

“Müharibə maddi-texniki bazanın sınağıdır və bu, iradə sınağıdır və aydındır ki, Ukrayna əsgərləri və Ukrayna əhalisi daha üstün iradəyə malikdirlər, çünki onlar öz evləri uğrunda döyüşürlər. Onlar hərfi mənada ailələrini müdafiə etmək üçün döyüşürlər. Halbuki Rusiya təcavüzkardır, işğalçıdır, rus əsgərlərindən dəhşətli dərəcədə top yemi kimi istifadə olunur, çünki rəhbərlikləri onlara əhəmiyyət vermir,” o deyir.

Ukraynanın müqaviməti rusları ilkin Blitzkrieg tipli sürətli işğal strategiyasını daha yavaş, daha ölümcül və daha zərərli müharibə formasına dəyişməyə məcbur etdi.

“Onlar böyük miqyasda kütləvi qüvvə yaratmağa çalışırlar və çox yavaş, çox səmərəsiz və çox dağıdıcı şəkildə Ukrayna ərazisinə doğru sürünərək Rusiyanın müəyyən mənada Qroznıda, Suriyada, Donbasda və Krımda etdiklərinə uyğun olaraq hər şeyi məhv edirlər ki, bu da əraziyə, düşmənə zülm etməkdir,” İan Bjezinski deyir.

Atlantika Şurasından İan Bjezinski deyir ki, bu yeni strategiya qərb müttəfiqlərindən Rusiyaya qarşı sanksiyaları davam etdirmək və Ukraynaya maddi və maddi-texniki yardım göstərməklə bağlı uzunmüddətli öhdəlik tələb edəcək.

“Bu, demək olar ki, bir növ uzunmüddətli tükəndirmə oyunudur və burada əsas məsələ Ukraynanın inamını və iradəsini qoruyub saxlamaqdır. Bu, Qərbin Ukraynaya yardımını davam etdirmək, gücləndirmək və hərbi təchizat axınını artırmağa davam etməklə əldə oluna bilər,” o deyir.

Hodces hücumun payıza qədər davam edəcəyini və Ukrayna qüvvələrinin rusların ələ keçirdiyi hər şeyi geri alacaqlarını proqnozlaşdırır.

“Avqustun sonu, sentyabrın birinci hissəsi Rusiya qüvvələri çökəcək və ümid edirəm ki, Ukrayna rusları ən azından 23 fevral xəttinə geri göndərmək üçün əks-hücuma başlamaq üçün kifayət qədər hücum qabiliyyəti formalaşdıracaq. Düşünürəm ki, bu, sentyabra qədər baş verəcək,” o deyir.

Ancaq Ukraynanın yenidən qurulması ölkənin üzləşməli olduğu dəhşətli bir mənzərədir. Dünya Bankı bildirir ki, müharibə Ukraynada binalara və infrastruktura 60 milyard dollardan çox ziyan vurub və 12 milyondan çox insanı didərgin salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG