Azərbaycan kinosunun 120 illiyi qeyd ediləcək.
Prezident İlham Əliyev bu gün, yanvarın 31-i bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümünün tamam olduğu vurğulanır. Bildirilir ki, neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçib.
Sənəddə Azərbaycan kinematoqrafiyasının 1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşdığı, bununla belə kino ənənələrinin qorunduğu ifadə edilir.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.