"Mercedes" markalı mikroavtobusun Yevlax-Xaldan-Mingəçevir yolunda (Bakıdan 290 kilometr qərb) aşması nəticəsində 2 nəfər ölüb. 23 nəfər xəsarət alıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, mikroavtobusda olan 25 nəfərdən 2-si hadisə yerində ölüb, 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirblər ki, 2 nəfər reanimasiyaya yerləşdirilib, 1 nəfərin vəziyyəti ağır, digərinin isə durumu orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.