Accessibility links

Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayı azalır


Ötən il Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayı 665 minə yaxın olub. Bu isə 2015-ci il miqrant böhranından sonra ən aşağı göstəricidir.

Avropanın Sığınacaqlara Dəstək idarəsinin (EASO) məlumatına görə, 2018-ci ildə 664 480 müraciət olunub. Bu, 2017-ci illə müqayisədə 10 faiz azdır.

EASO 2015-ci ildə sığınacaq müraciətlərinin 1 393 920, 2014-cü ildə isə 662 165 olduğunu bildirib.

28 üzvlük Aİ Türkiyə və Liviya ilə əldə etdiyi Avropaya miqrant axının qarşısının alınması razılığı ilə sığınaq üçün müraciət edənlərin sayını kəskin azaldıb.

Beynəlxalq qanunlara görə, Avropa müharibələr və siyasi repressiyalara görə insanları sığınacaqla təmin etməlidir. Lakin iqtisadi imtiyazlara görə Avropaya üz tutanlar deportasiya edilə bilər.

EASO müracitələrin 9 faizinin təkrarlandığını bildirib.

Blokun ən güclü iqtisadiyyata malik olan ölkəsi - Almaniya ötən il 184 180 nəfərin müraciətini nəzərdən keçirib. Bu ölkənin payına qaçqın axınının böyük hissəsi düşür. Onların əksər hissəsini suriyalılar təşkil edib.

Almaniya 2015-ci ildə 476 510 nəfəri, 2016-ci ildə isə 745 155 nəfəri qəbul edib.

Daha əvvəlkii illərdə sığınacaq üçün müraciət edənlərin üçdə iki hissəsini kişilər, üçdə bir hissəsini isə yeniyetmələr təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG