Accessibility links

"Məktəblilərin qidası siyasi mübahisə mövzusu olmalı deyil"


Mişel Obama ABŞ-ın yeni administrasiyasının məktəb naharların daha sağlıqlı edilməsi ilə bağlı qaydaların ləngidilməsi qərarını tənqib edib. Sabiq birinci ledi bu fikirləri Ağ Evi tərk etdikdən sonra ilk geniş ictimai nitqi zamanı söyləyib.

Xanım Obama birinci ledi olduğu dövrdə ölkədə uşaq köklüyü probleminin həllinə ünvanlanan səylərə rəhbərlik edib. O, cümə günü Vaşinqtonda keçirilən illik sağlamlıq konfransında çıxışı zamanı bildirib ki, milyonlarla məktəbli büdcə hesabına narah etdikləri üçün onların qıdasının daha sağlıqlı edilməsi çox vacibdir.

Xanım Obama əlavə edib ki, məktəblilərin qidası siyasi mübahisə mövzusu olmalı deyil.

Səhiyyə ekspertlərinin verdiyi məlumata görə ABŞ-da idmanla məşğul olmayan uşaqların sayı çoxdur və hər altı uşaqdan biri artıq çəkidən əziyyət çəkir.

Mişel Obama nitqi zamanı Trampın adını çəkməsə də, valideynlərin yeni hökümətin bu qərarı arxasında hansı maraqların durduğu haqqında düşünməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG